Formula-1 Azərbaycan Qran-Prisinin
ilk günündə Türkiyənin məşhur müğənnisi Tarkan Bakıda avtoidman
azarkeşlərinin qarşısında səhnəyə çıxıb.
Meqastar Dənizkənarı Milli Parkda Formula-1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirib.
Bir neçə gün öncə "10”
adlı musiqi albomunu təqdim edən müğənninin mahnıları sahib olduğu
xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın
Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir
dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və
oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan
musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının
özünüməxsusluğu onun güclü ritmdir. Bu gün Avropadan
Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxtəlif
millətləri və mədəniyyətləri təmsil edən milyonlarla insan onun
ifalarını sevərək dinləyir.
Tarkanın enerjili və coşğulu ifaları onu dinləməyə gələnlərə unudulmaz gecə yaşadıb.
XəzərXəbər AzərTAc-a istinadən Tarkanın konsertindən fotoları təqdim edir: