Xəzər Xəbər

Mustafa Ceceli boşandı

Şou Biznes | 12:38 • 26 May 2017
Mustafa Ceceli boşandı

Taninmiş müğənni Mustafa Ceceli boşanıb.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, ifaçı 2008-ci ildə evləndiyi Sinem Ceceli ilə yollarını ayırıb. İstanbul Ailə Məhkəməsində baş tutan prosesdə Mustafa və Sinem vəkilləri ilə birgə iştirak ediblər.

Cütlüyün 6 yaşlı oğlu Arın anasına verilib. Onun bütün təhsil və digər xərclərini isə Mustafa Ceceli ödəyəcək. Bundan başqa, boşanma təzminatı olaraq bir ev və 3 milyon lirə (təxminən 1,5 milyon manat) Sinem Ceceliyə verilib.

Qeyd edək ki, boşanmaları haqda sosial şəbəkədə Mustafa Ceceli yazıb.

Xəbər lenti