Xəzər Xəbər

Baş redaktor həbs olundu

O, dələduzluqda təqsirləndirilir
Region | 14:16 • 17 Noyabr 2022
Baş redaktor həbs olundu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.

Qeyd edib ki, araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. 

F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar