Xəzər Xəbər

Hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq ölüb

Region | 14:06 • 19 Yanvar 2022
Hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq ölüb

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

Hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparsa da, orada dünyasını dəyişib. 

Qeyd edək ki, 2 gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti