Xəzər Xəbər

“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb

Region | 12:07 • 19 Yanvar 2022
“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb

Biləsuvarda “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları “Qırmızı kitab”a düşmüş Turac quşları aşkarlanıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Xəbər lenti