Xəzər Xəbər

İyulda Ağdaş rayonunda 50 toy mərasimində karantin pozulub

Region | 10:39 • 2 Avqust 2021
İyulda Ağdaş rayonunda 50 toy mərasimində karantin pozulub

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejiminin tələblərinə riayət olunması məqsədilə keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, rayonun bir neçə kəndində 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyənləşdirilmiş say həddindən artıq olduğu aşkarlanıb. Həmin toy sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsinə əsasən protokol tərtib olunub və onlar cərimələniblər.

Beş şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID-19 pasportunun olmaması, eləcə də 150 nəfərdən artıq olması aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunavericiliyə uyğun müvafiq tədbir görülüb.

Xəbər lenti