Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Ağdamda vəzifəli şəxsin minaya düşməsi ilə bağlı rəsmi məlumat

Region | 328 | 17:01 • 3 Mart 2021
Ağdamda vəzifəli şəxsin minaya düşməsi ilə bağlı rəsmi məlumat

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ağdam rayon prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, aparılmış̧ araşdırmalarla rayonun mexaniki suvarma idarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman həmin ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən olunub.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
95 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021