Xəzər Xəbər

Salyanda yanğın baş verib, ölən var

Region | 22:08 • 10 Sentyabr 2020
Salyanda yanğın baş verib, ölən var

Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti