Xəzər Xəbər

Cəlilabadda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Region | 09:17 • 26 Fevral 2018
Cəlilabadda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Rayonun Qarazəncirli kəndində iki minik maşınının toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslər Masallı rayonunun Güllütəpə kənd sakinləri, 1991-ci il təvəllüdlü Nicat Höccət oğlu Manafov, 1989-cu il təvəllüdlü Şəlalə Mamed qızı Manafova, 1967-ci il təvəllüdlü Əli Xanlar oğlu Əliyev, 1970-ci il təvəllüdlü Dürdanə Həsənbala qızı Manafova və 1987-ci il təvəllüdlü Qədir Akif oğlu Nəsirovdur.

Məlumata görə, onlardan Dürdanə Manafovanın vəziyyəti daha ağırdır. O, kəllə - beyin travması alıb.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti