Xəzər Xəbər

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək

Mədəniyyət | 14:58 • 12 Aprel 2021
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək

Füzulidə ermənilər tərəfindən dağıdılmış “Araz” qəzetinin redaksiyası bərpa ediləcək.

XəzərXəbər-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş “Araz” qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub:

“Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik”.

Xəbər lenti