Hansı bürclər daha çox xəyanət edir?
Avstraliyalı tədqiqatçılar internet istifadəçiləri arasında hansı bürclərin daha çox xəyanət etməsi ilə bağlı sorğu keçirib.
XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar iddia edir
ki, insanın sədaqətli olması onun bürcündən asılıdır. Belə ki,
Avstraliyada tanışlıq saytının araşdırmasına görə, insanların aldatma
ehtimalı ilə bürcləri arasında əlaqə olduğu üzə çıxıb.
İnternet saytının apardığı araşdırmanın nəticələrinə görə, 2016-cı ildə
ən çox xəyanət edən bürclər Dolça, Qoç və Balıq olub. Dolçalar 11 faizlə
ilk yerdə, Balıqlar 10,1 faizlə ikinci yerdə, Qoçlar isə 10 faizlə
üçüncü yerdə qərarlaşıb.
Saytın direktoru Sigurd Vedalın sözlərinə görə, Dolçalar çox seksual və
istiqanlıdır. Dolayısı ilə onların xəyanətə meylli olması bürclərindən
irəli gəlir.
Araşdırmaya görə, xəyanətə ən az meylli olan bürclər Şir, Əqrəb və Oxatan olub.