Qismətin kimi qarşımıza çıxaracağı və kimə aşiq olacağımızı deyə
bilmərik. Ancaq bəzi bürclərin sevgi münasibətləri başlamadan bitməyə
məhkumdur.
XəzərXəbər lent.az-a istinadən əsla birlikdə ola bilməyən və yola getməyən bürclərlə sizi tanış edir.
Qoç-Buğa
Dikbaş qoçlar və inadçı öküzlərin uyğunlaşmasından bəhs etmək olmaz.
Aralarındakı hər hansı bir müzakirə bir anda alovlana bilər. Ayrılıqları
isə olduqca problemlidir.
Qız-Tərəzi
Tərəzilər qızları özündənrazı və çox ciddi hesab edirlər. Qızlar isə
tərəziləri uşaq kimi və əsəblərə toxunacaq dərəcədə qayğısız kimi
tanıyırlar. Bu vəziyyətdə təəssüf ki, əks qütblərin bir-birlərini cəlb
etməsi mövzu deyil. Bununla yanaşı tərəzilərin kiçik və qapalı dost
əhatəsi olduğu halda, qızlar tam mənasıyla ictimai insanlardır.
Xərçəng-Dolça
Dolçalar özlərini sevindirməyi və pul xərcləməyi çox xoşlayırlar. Yeni
işə başlamaq və yenilənmək dolçalar üçün problem deyil. Azad ruhlu
dolçaların bu vəziyyəti axışına buraxmayanlar üçün olduqca narahatlıq
yaradır. Xərçənglər də axışına buraxmayanlar arasında ilk sırada yer
tutur. Dolçaların bu davamlılığı xərçənglərin əsəblərinə toxunur.
Tərəzi-Balıq
Bu ikisi qərarsızdır. Onların hər hansı bir şeyə qərar verməsi bir ömür
sürə bilər. Gah irəli, gah geri addımları münasibətlərini daha stressli
hala gətirir. Tərəzilər də, balıqlar da anlaşılmazlıqlardan nifrət
edirlər. Buna görə də aralarında passiv aqressiv mübarizələr və ünsiyyət
problemi qaçılmazdır. Passiv təbiətləri bir-birlərindən qaçmalarına
səbəb ola bilər.
Oxatan-Oğlaq
Oxatanlar oğlaqların özlərini əylənməkdən məhrum etdiklərini düşünürlər.
Ciddi və məsuliyyət sahibi olan oğlaqlar ilə heç nəyə əhəmiyyət
verməyən oxatanların bərabərliyi ana-uşaq münasibətlərinə çevrilə bilər.
Əqrəb-Qoç
İki azad bürcün bərabərliyi qulağa xoş gəlir. Seksual iki bürcün
bir-birinin sahələrinə müdaxilə etməmələri əvvəl-əvvəl xoşlarına gələ
bilər. Təəssüf ki, münasibətlər mövzusunda bu, çox uzun müddət davam
etmir. Eyni zamanda, qısqanc olan əqrəblər müəyyən vaxtdan sonra
reaksiya verməyə başlayacaq. Bu səbəbdən də ikili arasında güvən
problemləri və ünsiyyət qırılmaları özünü göstərəcək.
Balıq-Qız
Balıq bürcündən olanlar romantik strukturları və başlarının daim
"göylərdə" olması ilə tanınır. Buna qarşı qızlar ayaqlarını yerə basan
və məntiq simvoludurlar. Qızların hər şeyin nizamlı və mütəşəkkil
olmasından xoşları gəldiyi halda, balıqlar bu mövzuda daha rahatdırlar.
Tərəzi-Oğlaq
Olduqca səxavətli olan tərəzi bürcü insanları xoşbəxt etməkdən xoşlanır.
Dik başlı oğlaqlar isə zamanla bir az çox iarəli odla bilərlər.
Oğlaqlar tərəzilərin yaxşı niyyətindən faydalanaraq mənfəətçi davrana
bilərlər. Bununla yanaşı tərəzilər məsafəli oğlaqlara heç bir zaman
tamamilə çata bilmirlər.
Buğa-Şir
Şirlər geniş dost əhatəsində olmağı sevir. Ev həvəskarı buğalar isə bir
neçə yaxın dostu ilə vaxt keçirməyi xoşlayır. Orta yolu tapmaları çox
mümkün olmayan şir və buğalar - ikisi də çox qürurlu olduqları üçün
bir-birilərindən üzr də istəmirlər.
Əkizlər-Əqrəb
Bu iki bürcün yataqdakı uyğunlaşmaları mükəmməl ola bilər. Ancaq
ayrılıqları qaçılmazdır. Mövzu əqrəblərin duyğularına gəldikdə olduqca
dürüst və sözü üzə deyəndirlər. Əkizlər bürcü dərin, bitib-tükənməyən
söhbətləri sevmirlər. Sahiblənən əqrəblərin qısqanclığını əkizlər
əhəmiyyətli hesab etmirlər.