Xəzər Xəbər

Yaponiyada işıqforlarda niyə MAVİ siqnal var?

Maraqlı | 10:56 • 30 Noyabr 2017
Yaponiyada işıqforlarda niyə

İşıqfor orijinallığa namizəd olan əşyalardan deyil. Yollarda qayda-qanun yaratmaq üçün kreativ olmaq çətindir. Lakin yaponlar burda da fərqləniblər.

Onların işıqforu turisti çaş-baş qoya bilər. Belə ki, burda hər kəs üçün aydın olan yaşıl rəngi nadir hallarda görmək olar. Bu rəngi göy əvəzləyib.

İşıqforda qırmızı və narancı rənglə təqribən hər şey aydındır, bəs mavi siqnal olanda nə etməli? Dayanmalı, hazırlaşmalı, ya Qodzillaya yol verməli?

Xeyr hər şey bu qədər qorxunc deyil. Yaponiyada göy rəng elə yaşılı əvəzləyir. Hər şey heyrətamiz Yapon dilinə görədir. Məsələ burasındadır ki, yüz illər əvvəl onların dilində cəmi 4 rəng olub: qara, ağ, qırmızı və mavi.

Məsələn, yaşıl elə göy kimi səslənirdi: «ao». Ot rəngi ancaq XI yüzillikdə öz adını alıb - «midori» («cücərti» sözündəndir).

Bununla belə, yaşıl rəng «ao»nun bir növü hesab olunub. Bu səbəbdən texniki inkişaf əsrində anlaşılmazlıq yaranıb. İşıqforun quruluşunu qeydiyyata alan ilkin sənədlərdə yaşıl rəng qədim ənənələrə uyğun olaraq «ao» (göy) qeyd olunub. Sənəddə olana da riayyət etmək lazımdır. Beləliklə, Yaponiyada göy rəngli siqnalı olan işıqforlar yaranıb.

1973-cü ildə hökumət vəziyyəti dəyişməyə cəhd göstərib. Beynəlxalq standartlara uyğun olmaq və turistləri çaş-baş salmamaq, bununla belə ənənəyə də sadiq qalmaq üçün kompromis tapılıb: işıqforlarda göy rəngə maksimum yaxın olan yaşıl rəngdən istifadə olundu. Beləliklə, texniki olaraq yapon işıqforunda siqnal yaşıldır.

Ancaq bunu turistlərə başa salmaq üçün qayıtmaq lazımdır əvvələ…

Yaponiyada ilk işıqforlar belə olub

faktxəbər

Xəbər lenti

Çox oxunanlar