Xəzər Xəbər

Əfsanəvi aktyorun avtomobili fantastik qiymətə satıldı FOTO

Alıcının adı açıqlanmır
İqtisadiyyat | 10:04 • 21 Avqust 2022
Əfsanəvi aktyorun avtomobili fantastik qiymətə satıldı

Əfsanəvi şotlandiyalı aktyor Şon Konnerinin hərraca çıxarılan gümüşü rəngli Aston Martin DB5 avtomobili (1964-cü il istehsalı) 2,4 milyon dollara satılıb.

Xezerxeber.az CNN telekanalına istinadla xəbər verir ki, Aston Martinin bu modeli Ceyms Bond haqqında filmlərin baş qəhrəmanının mindiyi maşınlardan biridir. Bondiananın bir neçə filmində rol almış Konneri məhz bu avtomobillərdən birini 2020-ci ilin oktyabrında, ölümünə az qalmış almışdı.

Avtomobil gözlənildiyindən (1,4 milyon dollardan 1,8 milyon dollaradək) baha qiymətə alınıb. Alıcının adı açıqlanmır.

Telekanal qeyd edir ki, Ceyms Bond haqqında filmlərdən birinin çəkilişində istifadə olunmuş Aston Martin DB5 avtomobilinin xüsusi versiyası 2019-cu ildə keçirilən hərracda 6,4 milyon dollara satılmışdı.

Şon Konneri 2020-ci il oktyabrın 31-də 90 yaşında vəfat edib.

Xəbər lenti