Xəzər Xəbər

İctimai iaşə müəssisələrində nöqsanlar aşkar edilib

İqtisadiyyat | 18:12 • 15 Mart 2021
İctimai iaşə müəssisələrində nöqsanlar aşkar edilib

Cari ilin 1 fevral – 14 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı 26662 monitorinq həyata keçirilib, 1307 nöqsan aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı AQTA tərəfindən görülən işlərə dair hesabatda deyilir.

Hesabatda bildirilir ki, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar: İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi və tibbi maskanın təmin edilməməsi – 1110 (84 faiz); İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10 faiz).

Ümumiyyətlə 2020-ci il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59336 monitorinq həyata keçirilib və 3408 nöqsan aşkar edilib.

Xəbər lenti