Xəzər Xəbər

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub

İqtisadiyyat | 15:27 • 27 İyul 2018
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib.


Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd "Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti