Xəzər Xəbər

Bakı-Sumqayıt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 15:02 • 27 İyul 2018
Bakı-Sumqayıt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində  asfalt örtüyünün yenilənməsi və üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

 

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

Hərəkət istiqaməti  Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

 

"Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.

 

 

Alternativ yollar:

 

 

 

1.    Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:

 

-       Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

 

-       Binəqədi şossesindən,

 

-       Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.

 

 

 

2.    H.Z.Tağıyev-Sahil avtomobil yolundan:

 

-       Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,

 

-       Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

 

 

 

3.    Bakı-Sumqayıt yolundan:

 

-       Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

 

-       Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,

 

-       Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,

 

-       Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

 

"Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti