Xəzər Xəbər

Mourinyo İbrahimoviçi göndərir

İdman | 17:31 • 6 Noyabr 2016
Mourinyo İbrahimoviçi göndərir
İngiltərə çempionatında gözləntiləri doğrultmayan üstəlik Avroliqada "Fənərbaxça"ya 2:1 hesabı ilə yenilən "Mançester Yunayted"də "əməliyyat"a start verilib. 

 

Transfer dönəmində milyonlarla para xərcləməsinə və heyətinə İbrahimoviç, Pol Poqba kimi ulduz futbolçuları qatan "qırmızı şeytanlar" buna rəğmən azarkeşlərini sevindirə bilmir. Bu üzdən artıq baş məşqçis Joze Mourinyo radikal addımlar atmağa başlayıb. İddialara görə artıq 8 futbolçu Mourinyonun qara siyahısına düşüb.

 

"The Sun" nəşrinin məlumatına görə portuqaliyalı mütəxəssis Bastian Şvaynştager, Morqan Şneiderlin, Maykl Karrik, Memfis Depay, Eşli Yanq, Matteo Darmian, Fil Conesi komandadan göndərmək qərarına gəlib. Mövsümün sonunda isə Zlatan İbrahimoviç də klubu tərk edəcək. 

 

Markos Royo, Dali Blind və Kris Smolinqi də yetərsiz hesab edən baş məşqçi qış fasiləsində müdafiə xəttinə əl gəzdirməyi düşünür. İddialara görə Mour komandaya gətirmək istədiyi ilk futbolçulardan biri "Atletiko"dan (Madrid) Dieqo Qodindi.

Xəbər lenti