Xəzər Xəbər

“Mançester Yunayted”in hücumçusu Türkiyəyə üz tutur

İdman | 14:23 • 6 Noyabr 2016
“Mançester Yunayted”in hücumçusu Türkiyəyə üz tutur

Joze Mourinyonun gəlişindən sonra əsas heyətə düşməyən 22 yaşlı futbolçu Türkiyəyə üz tutur.

 

Hollandiya millisinin aparıcı üzvü mövsümün ikinci yarısını “Fənərbaxça”da icarə əsasında keçirə bilər. Avropa Liqasının qrup mərhələsində “Qırmızı şeytanlar”la oyundan sonra “Fənərbaxça”nın baş məşqçisi Dik Advokat həmyerlisi barədə belə açıqlama verib:

 

“Depay yüksək potensialı olan bir futbolçudu. Lakin o, özünü hələ tam açmayıb.  Problem odur ki, “Mançester Yunayted”də ulduz futbolçular çoxdu . Belə olan halda gənc istedadlar kənarda qalır. Depay indi elə yaşdadır ki, onun oynaması önəmlidi. Bizim belə bir oyunçuya ehtiyacımız var. Çünki bizə hücuma dəstək verəcək yüksək tüxnikası və sürəti olan futbolçu lazımdı. Onun gəlişiylə hücum xəttimizi daha da gücləndirə bilərik”.

Xəbər lenti