Xəzər Xəbər

ULDUZLAR BARIŞDI - Arda Turan qayıtdı

İdman | 17:37 • 6 Noyabr 2016
ULDUZLAR BARIŞDI - Arda Turan qayıtdı

O, İnstaqram hesabından Türkiyə milli komandasına qayıtdığını açıqlayıb. Sosial şəbəkədə milli komandanın şəklini yerləşdirən Arda bunları yazıb: “Hocamızla danışdıq, ölkəmiz üçün yenə birlikdəyik inşallah”.

Arda Turan AÇ-2016-da Türkiyə Futbol Direktoru Fatih Terimlə yaşanan münaqişə üzündən millinin son 4 oyununa çağırılmamışdı.

Ardadan başqa, Fatih Terim AÇ-2016-dan sonra millidən kənarda qalan Gökhan Gönül, Burak Yılmaz və Səlcuk Şahinə də dəvət göndərib.

 

Xəbər lenti