Xəzər Xəbər

Avrokubok mövsümünün ilk finalı: "Ayntraxt", yoxsa "Reyncers"?

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
İdman | 14:45 • 18 May 2022
Avrokubok mövsümünün ilk finalı: "Ayntraxt", yoxsa "Reyncers"?

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

XəzərXəbər xəbər verir ki, turnirin final matçı İspaniyanın Sevilya şəhərində baş tutacaq.

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında “Ayntraxt Frankfurt”la Şotlandiyanın “Reyncers” komandası üz-üzə gələcək. 

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Tərəflər ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Almaniya klubu artıq bir dəfə bu kuboku başı üzərinə qaldırıb. Frankfurt təmsilçisi yarış UEFA kuboku adlandığı vaxt  (1979/1980) buna nail olub. 

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib. “Reyncers”in son uğursuzluğu isə 14 il əvvələ təsadüf edib. “Zenit”ə uduzan qlazqolular UEFA kubokunu qazanmaq şansını qaçırıb.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İspaniya "Vilyarreal"ı olub.

UEFA Avropa Liqası
Final
18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.

Xəbər lenti