Xəzər Xəbər

Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

İdman | 13:15 • 17 Sentyabr 2021
Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

Avropa Liqasının qrup mərhələsinin I turunda "Latsio"nu qəbul edən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim diqqətləri üzərinə çəkib.

"İmperator" ləqəbli mütəxssis oyundan sonra keçirilən mətbuat konfransında İtaliyadan gələn jurnalistlərin suallarını italyan dilində cavablandırıb. Onun bu addımı Türkiyə və İtaliya mediasında gündəm olub.

Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə İtaliyanın "Fiorentina" və "Milan" klublarını çalışdırıb./Fanat.Az 

Xəbər lenti