Xəzər Xəbər

“Barselona” 18 yaşlı futbolçuya 400 milyon avro qiymət qoydu

İdman | 16:27 • 24 Aprel 2021
“Barselona” 18 yaşlı futbolçuya 400 milyon avro qiymət qoydu

"Barselona” futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.

La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədi.

18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi  400 milyon avro təşkil edir.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir./Fanat.Az 

Xəbər lenti