Xəzər Xəbər

"Qalatasaray" "Everton"un forvardını gətirir

İdman | 16:19 • 24 Aprel 2021
"Qalatasaray" "Everton"un forvardını gətirir

"Everton"un hücumçusu Coşua Kinq "Qalatasaray"a keçə bilər.

Bu barədə "Football Insider" məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisi 29 yaşlı oyunçuya uzunmüddətli müqavilə təklif etməyə hazırdır. İngiltərə klubunun norveçli futbolçu ilə bu yay başa çatacaq müqaviləni yeniləmək fikrində olmadığı vurğulanıb.

Kinq qış transfer pəncərəsi zamanı "Bornmut"dan "Everton"a transfer olunub. O, oynadığı 9 matçda qol vura bilməyib./Fanat.Az 

Xəbər lenti