Xəzər Xəbər

"Yuventus" gənc qapıçıya ildə 10 milyon verməyə hazırdır

İdman | 17:55 • 24 Aprel 2021
"Yuventus" gənc qapıçıya ildə 10 milyon verməyə hazırdır

"Yuventus" "Milan"ın qapıçısı Canluici Donarummaya ildə 10 milyon avro əməkhaqqı verməyə hazırdır.

İnformasiyanı "Corriere dello Sport" yayıb.

Mənbə turinlilərin indiki klubuyla maaş məsələsində razılığa gəlməyən Donarummaya şərtləri çatdırdığını da vurğulayıb. Yazılanlara inansaq, Canluicinin agenti təklifə isti yanaşır.

"Transfermarkt" portalı 2015-ci ildən Milan təmsilçisində olan gənc qapıçının transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir./Fanat.Az

Xəbər lenti