Xəzər Xəbər

“Liverpul”un əfsanəvi oyunçusu koronavirusa yoluxub

İdman | 10:24 • 11 Aprel 2020
“Liverpul”un əfsanəvi oyunçusu koronavirusa yoluxub

İngiltərənin "Liverpul” futbol klubunun sabiq oyunçusu və keçmiş baş məşqçisi Kenni Dalqliş koronavirusa yoluxub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda əfsanəvi oyunçu xəstənaya yerləşdirilib. Ailəsi tərəfindən verilən məlumata əsasən, onun səhhəti kritik deyil.

Bildirilir ki, o, xəstəxanaya aprelin 8-də çatdırılıb.

Xəbər lenti

Çox oxunanlar