Xəzər Xəbər

"Mançester Siti"nin Hindistan planı

İdman | 10:06 • 7 Mart 2019
"Mançester Siti"nin Hindistan planı

"Mançester Siti"ninrəhbərliyi daha bir klub almağı planlaşdırır.

City Football Group (CFG) bu dəfə Hindistanda klub almağı götür-qoy edir. Klubun əsas idarəçilərindən olan Ferran Soriano planlar barədə bunları deyib: "Futbola marağı və bağlılığı olanyerlərə baxırıq. Hindistan da bunlardan biridir. Təxminən iki ildir ki, onlarla maraqlanırıq. Bu il Hindistan futbolunda da işlər görməyi planlaşdırırıq".

Qeyd edək ki, City Football Group ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn Siti", Yaponiyanın "Yokohama Marinos", Uruqvayın "Torke", İspaniyanın "Jirona", Çinin "Sişuan Jiuniu" klublarınısatın alıb.

Xəbər lenti