Xəzər Xəbər

Havaya görə oyunların vaxtı dəyişdirildi

İdman | 14:10 • 5 Dekabr 2018
Havaya görə oyunların vaxtı dəyişdirildi

Azərbaycan Kubokunun oyunlarının başlanma vaxtında dəyişiklik edilib.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Ağsu” – "Sabah”, "Kəpəz” – "Səbail”, "Qaradağ Lökbatan” - "Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib.

Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi, 14:00-da deyil, yarım saat tez başlanacaq.

PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq, bu addımı atıb. Mərhələnin "Şüvəlan” – "Keşlə” matçının başlanma vaxtı isə 17:00 olaraq saxlanılıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin bir oyundan ibarət olan matçları sabah keçiriləcək.(oxu.az)

Xəbər lenti