Xəzər Xəbər

Çempionlar Liqasında səbətlər açıqlandı - “Qarabağ” "Kopenhagen"i keçsə...

İdman | 13:19 • 23 Avqust 2017
Çempionlar Liqasında səbətlər açıqlandı -

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi üçün torbalar müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, turnirindəki təmsilçimiz "Qarabağ” Danimarkanın"Kopenhagen” klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.

1-ci torba: "Real”,"Bavariya”, "Çelsi”,"Yuventus”,"Benfika”,"Monako”,"Spartak” (Moskva),"Şaxtyor” (Donetsk)

2-ci torba:"Barselona”, "Atletiko”. PSJ,"Borussiya” (Dortmund),"Sevilya”,"Mançester Siti”,"Portu”, "Mançester Yunayted”

3-cü torba:"Napoli”,"Tottenhem”,"Bazel”,"Olimpiakos”, "Anderlext”,"Roma”,"Beşiktaş”

4-cü səbət:"Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) cütünün qalibi, "Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, "Styaua” (Rumıniya) - "Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - "Yanq Boyz” (İsveçrə) cütünün qalibi, "Feyenord”, "Maribor”, "Leypsiq”

Qeyri-müəyyənlər:"Liverpul” (İngiltərə) - "Hoffenhaym” (Almaniya) cütünün qalibi, "Seltik”

"Liverpul” "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. "Liverpul" mərhələ adlasa, 3-cü, "Hoffenhaym" qrupa düşsə, 4-cü torbada yer alacaq.

No automatic alt text available.

Xəbər lenti