Xəzər Xəbər

Bu gün “Qarabağ” tarixi oyuna çıxır - ilk gün daha 4 qarşılaşma olacaq

İdman | 13:21 • 15 Avqust 2017
Bu gün “Qarabağ” tarixi oyuna çıxır -

Bu gün futbol üzrə Çempionlar Liqasında "pley-off” mərhələsinə start veriləcək.

İlk gün beş qarşılaşma baş tutacaq.

Açılış matçında Azərbaycan çempionu "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen” klubunu qəbul edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Daha dörd oyun isə Bakı vaxtı ilə saat 22:45-də başlayacaq:

"Sportinq” (Portuqaliya) - "Styaua” (Rumıniya)

"Hoffenhaym” (Almaniya) - "Liverpul” (İngiltərə)

"Yanq Boyz” (İsveçrə) - MOİK (Moskva, Rusiya)

APOEL (Kipr) - "Slaviya” (Praqa, Çexiya)

Xəbər lenti