Xəzər Xəbər

Azərbaycan–Şimali İrlandiya oyununun stadionu dəyişdirilib

İdman | 14:56 • 26 Aprel 2017
Azərbaycan–Şimali İrlandiya oyununun stadionu dəyişdirilib

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan–Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.

Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti