Xəzər Xəbər

Bakıda bədbəxt hadisə: pəncərə silən qız yıxılaraq ölüb

Hadisə | 10:05 • 20 Sentyabr 2022
Bakıda bədbəxt hadisə: pəncərə silən qız yıxılaraq ölüb

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən yerli medianın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirovanın pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti