Xəzər Xəbər

Zaqatalada külək məktəbin dam örtüyünü uçurdu, sinif otaqlarını su basdı

Hadisə | 12:05 • 29 İyun 2022
Zaqatalada külək məktəbin dam örtüyünü uçurdu, sinif otaqlarını su basdı

Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.

XəzərXəbər xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala rayonu ərazisində əsən güclü külək nəticəsində Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyü uçub.

Məktəbin bəzi sinif otaqları yağan yağış nəticəsində su ilə dolub.

Qeyd edək ki, külək rayonun Muxax kəndində fərdi yaşayış evinin də dam örtüyünü uçurub./report

Xəbər lenti