Xəzər Xəbər

Gəncədə 16 yaşlı oğlan dəhşətli qəza törətdi: İki nəfər öldü

Hadisə | 14:43 • 5 Dekabr 2021
Gəncədə 16 yaşlı oğlan dəhşətli qəza törətdi: İki nəfər öldü

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib.

Hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetməni itirən sürücü ilk olaraq təxminən 12-13 yaşlarına olan məktəblini vurub daha sonra, ağaca çırpılıb.

Zərbənin təsirindən azyaşlı qız uşağı hadisə yerində, sürücü isə xəstəxanaya aparılarkən keçinib.

Araşdırma zamanı qəza zamanı ölən şəxslərin kimliyi müəyyən edilib.

Onlar 2005-ci il təvəllüdlü Əlizadə Numan Namiq oğlu və 2008-ci il təvəllüdlü İbrahimova Nazlı Elşad qızıdır.

Xəbər lenti