Xəzər Xəbər

Kürdəmirdə qətl törədən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hadisə | 15:55 • 18 Oktyabr 2021
Kürdəmirdə qətl törədən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi, 2021-ci il iyunun 22-də 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Kürdəmir Rayon Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, istintaqla müəyyənləşdirilib ki, zərərçəkmişin tanışı əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti