Xəzər Xəbər

Hacıqabulda ağır yol qəzası baş verib

Hadisə | 10:22 • 18 May 2021
Hacıqabulda ağır yol qəzası baş verib

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

"Mercedes ATEGO" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə avtomobildə olan sərnişin, Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti