Xəzər Xəbər

Bakıda dəhşətli hadisə: Ölən var

Hadisə | 09:44 • 31 Dekabr 2020
Bakıda dəhşətli hadisə:

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə bildirir ki, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.


Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti