Xəzər Xəbər

Bakıda sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var

Hadisə | 09:37 • 31 Dekabr 2020
Bakıda sərnişin avtobusu qəzaya uğradı:

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb. 


Hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.


Belə ki, 135 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsəmə dəmirə çırpılıb. 


Qəza zamanı avtbousda olan sərnişinlər 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 


Fakt araşdırılır./apa

Xəbər lenti