Xəzər Xəbər

Dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Hadisə | 15:34 • 2 Sentyabr 2020
Dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.


Xezerxeber.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti