Xəzər Xəbər

Şüvəlanda dənizdə batan şəxsin axtarışına FHN-in dalğıc-axtarış qrupu cəlb edilib

Hadisə | 15:15 • 2 Sentyabr 2020
Şüvəlanda dənizdə batan şəxsin axtarışına FHN-in dalğıc-axtarış qrupu cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində dənizdə qeyri-çimərlik ərazidə bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Xəbər lenti