Xəzər Xəbər

Məktəbdə HƏYƏCAN: 13 yaşlı şagird müəllimləri və sinif yoldaşlarını öldürmək istədi

Hadisə | 10:05 • 23 Noyabr 2019
Məktəbdə HƏYƏCAN:

ABŞ-ın Los-Anceles şəhərində 13 yaşlı yeniyetmə sinif yoldaşlarını və məktəbin heyətini güllələmək təhdidinə görə həbs edilib.

Bu barədə polisə istinadən "Los Angeles Times"ə bbildirib.

Qeyd edilir ki, onun evində tüfəng, patronlar və şagirdlərin adları olan siyahı tapılıb.

Nəşr qeyd edib ki, yeniyetmə ilə birlikdə onun ailəsinin daha bir üzvü həbs edilib. Amma yaşca böyük olan həmin şəxsin həbsinin məktəbə hücum təhdidi ilə bağlı olub-olmaması hələ məlum deyil.

Şagirdlərin sözlərinə görə, cümə günü sinif yoldaşları onları güllələmə ilə hədələməyə başlayıb. Məktəblilər bu barədə təhsil müəssisəsinin rəhbərliyinə bildiriblər. Bundan sonra polislər axtarış üçün onun yeniyetmənin yaşadığı evə gəliblər. Evdə axtarışlar zamanı yarımavtomatikAR-15tüfəngi,100patron, həmçinin yeniyetmənin hücum etmək niyyətində olduğu şagirdlərin və məktəb əməkdaşlarının adlar siyahısı aşkarlanıb.

Məlumata görə, həmin gün Palmdeyl (Los-Anceles dairəsində yerləşir-red) şəhərinin məktəblərindən birində başqa bir şagird də həbs olunub. Qeyd edilir ki, o da həmyaşıdlarını güllələmə ilə hədələyib. Yeniyetmə həmyaşıdları ilə davadan sonra sosial şəbəkələrdə silahla şəkil və təhdidlər yerləşdirib.

Hüquq-mühafizə orqanları rəsmilərinin sözlərinə görə, bu iki hadisə bir-biri ilə əlaqəli deyil.(Report)

Xəbər lenti