Xəzər Xəbər

FHN Goranboydakı qəza ilə bağlı məlumat yaydı: 1 ölü, 1 yaralı

Hadisə | 10:14 • 2 Noyabr 2019
FHN Goranboydakı qəza ilə bağlı məlumat yaydı:

Goranboy rayonunda "КамАЗ" markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Goranboy rayonunda yol qəzası baş verib.

Hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Goranboy rayonunun Nərimanlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu ağır yaralanıb. Daha bir nəfər isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır (Report).

Xəbər lenti