Xəzər Xəbər

Bakıda iki avtobus toqquşdu: 6 nəfər yaralandı

Hadisə | 15:29 • 31 Oktyabr 2019
Bakıda iki avtobus toqquşdu: 6 nəfər yaralandı

Bakıda iki sərnişin avtobusu toqquşub.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.ş

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 6 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib./Report

Xəbər lenti