Xəzər Xəbər

Azərbaycanda yanacaqdoldurma məntəqəsində QORXUNC HADİSƏ – Partlayışın qarşısın alındı

Hadisə | 15:09 • 21 İyun 2019
Azərbaycanda yanacaqdoldurma məntəqəsində QORXUNC HADİSƏ

Bu gün Şəki şəhərində yanğın qeydə alınıb.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, "Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib. Nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti