Xəzər Xəbər

Bakıda oğurlanan “Niva” 2 gün sonra tapıldı

Hadisə | 12:27 • 22 Fevral 2019
Bakıda oğurlanan “Niva” 2 gün sonra tapıldı
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən "Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.


DİN-in Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunan F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti