Xəzər Xəbər

Beş maşından oğurluq edənlər saxlanıldı

Hadisə | 12:21 • 22 Fevral 2019
Beş maşından oğurluq edənlər saxlanıldı
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər -Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb.

Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti