Xəzər Xəbər

Daha bir faciə: Bir ailənin 3 üzvü qəzada öldü

Hadisə | 13:06 • 17 Dekabr 2018
Daha bir faciə:
Dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.


XəzərXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti