Xəzər Xəbər

Bakıda avtobus qəzası - Təfərrüatlar məlum olub - FOTO

Hadisə | 12:54 • 8 Oktyabr 2018
Bakıda avtobus qəzası -

Ötən gecə Bakının Xətai rayonunda yol qəzası baş verib.


Gecə saat 23 radələrində 60 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib. Hadisə "Nargilə" kafesinin yaxınlığında baş verib.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, qəza ilə bağlı daşıycı quruma çağırılaraq izahat tələb edilib:


"Qəza avtobus istehsalat bazasına qayıdan zaman baş verib və bu səbəbdən içəridə sərnişin olmayıb. Avtobusun sürücüsü də xəsarət almayıb".


M.Ağayev qeyd edib ki, hadisənin səbəbləri və digər məqamlar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Xəbər lenti

Çox oxunanlar