Xəzər Xəbər

Paytaxtda iki mərtəbəli mağaza yandı

Hadisə | 10:12 • 22 Oktyabr 2017
Paytaxtda iki mərtəbəli mağaza yandı

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazanın zirzəmisində 15 ədəd karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidə 6 ədəd şam ağacı yanıb. Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti