Xəzər Xəbər

Sahibə Qafarova Yunanıstana səfər edəcək

Gündəm | 15:44 • 19 Oktyabr 2021
Sahibə Qafarova Yunanıstana səfər edəcək

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Sahibə Qafarova konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, əməkdaşlığın gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 22-də başa çatacaq.

Xəbər lenti